Hər il 31 may
tarixi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Ümumdünya Tütünsüz Günü
kimi qeyd edilir. Tütünçəkmə hipertonik xəstəliyindən sonra ikinci yeri
tutan dünya səviyyəsində ölüm səbəbidir və hal-hazırda yetkinlik yaşına
çatmış insanların hər 10 nəfərindən birinin həyatının itirilməsinə
gətirib çixardır.
İlk dəfə bu gün beynəlxalq ictimaiyyətin diqqətini tütün
epidemiyası və onun ölümcül təsirlərinə cəlb etmək məqsədi ilə
1987-cü ildə qeyd olunub. Bu gün xüsusi tütünlə mübarizə mesajlarının
vurğulaması üçün və ÜST-nın Tütünlə Mübarizə üzrə Çərçivə
Konvensiyasına sadəqətliliyi təbliğ etmək imkanları yaradır.
Hər il bu gün müxtəlif mövzu altında keçirilir. 2010-cu ilin mövzusu
isə “Gender və tütün”dür. ÜST bu gün əsas diqqəti tütün marketinqinin
və tütünçəkmənin qadın və qızlara törətdiyi zərərli təsirlərinə
yönəltməyə cəhd göstərəcək.