XƏBƏRLƏR

23 Yanvar 2017

Siqaretlər bahalaşdı - 10-20 qəpik

www.matbuat.az

Azərbaycanda pərakəndə satışda olan tütün məmulatlarının qiyməti artıb.

Siqaretlərin qiymətində orta hesabla 10-20 qəpiklik artım müşahidə olunur. 

Satıcılar deyir ki, qiymət artımı bütün markalara şamil olunub. Onların sözlərinə görə, qiyməti 2 manatadək olan siqaretlər 10 qəpik, 2 manatdan baha olanlar isə 20 qəpik bahalaşıb.

Pərakəndə satış ilə məşğul olanlar qiymət artımını tütün məmulatların nağd pulla topdan satışının qadağan olunması ilə izah edir.