|
|
|
"No Smoking - music and dance evening” adlı musiqi və rəqs gecəsi
|
|
-
"Sağlam
Düşüncə" Gənclər Təşkilatının tütün əleyhinə başlatdığı “NO
SMOKING- sağlam həyat tərzi” kampaniyası çərçivəsində “Flame
Production”ın texniki təşkilatçılığı ilə gənclər üçün "No Smoking -
music and dance evening” adlı musiqi və rəqs gecəsi təşkil olundu. 10
may tarixində “ELITE” ticarət və əyləncə mərkəzinin “Sound Factory
Club”-na gələnlər unudulmaz bir gün yaşadılar. Müxtəlif sektordan olan
gənclərlə yanaşı beynəlxalq təşkilatlardan və yerli QHT-lərdən
qonaqların da iştirak etdiyi gecədə kampaniya çərçivəsində görülmüş və
bundan sonra görüləcək fəaliyyətlər haqqında məlumat verildi. Musiqi
gecəsində gənclər həm rəqs edərək əyləndilər, həm də DNS komputersdən
və "B&G" Gəlinlik paltarları mağazasından endirimlər və hədiyyələr
qazandılar.
"Sağlam Düşüncə" Gənclər Təşkilatının
başlatdığı “NO SMOKING” sağlam həyat tərzi” kampaniyasının əsas məqsədi
əhalinin diqqətini bu problemin aktuallığına yönəltməklə onlar arasında
tütünün zərərləri haqqında maarfiləndirmə işinin artırılması və gənclər
arasında sağlam həyat tərzinin təbliğidir. Kampaniya çərçivəsində
təşkilat bir çox qrumlarla əməkdaşlıq edir və Azərbaycan Tütünlə
Mübarizə Koalisiyasının üzvüdür.
|
|
|