XƏBƏRLƏR

31 Yanvar 2017

Azərbaycanda siqaret çəkən yeniyetmələrlə bağlı statistika açıqlanıb

www.apa.az 

Azərbaycanda 13-15 yaşlı yeniyetmələrin siqaret çəkməsi ilə bağlı statistika açıqlanıb.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) şöbə müdiri Tofiq Musayev bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının metodologiyası əsasında aparılmış araşdırmalara əsasən, Azərbaycanda 13-15 yaşlı yeniyetmələrin 10,3 %-i (əsasən oğlanlar) nə vaxtsa siqaret çəkib və onların 32,6 %-i 10 yaşadək bunu edib. 
 
“Yeniyetmələrin 28,8 %-i evdə, 40,8%-i isə qapalı ictimai yerlərdə tütün tüstüsünün təsirinə məruz qalır. Siqaret çəkən yeniyetmələrin 64,8 %-i mağazadan siqaret alıb. Halbuki qanunvericilik buna yol vermir. Yeniyetmələrin 32,5%-i düşünür ki, siqaret vitrinləri siqaret çəkməyə həvəsləndirir. Siqaret çəkməyən yeniyetmələrin 8%-i növbəti il siqaret çəkməyə başlaya bilər” - deyə, şöbə müdiri qeyd edib.