Notice: Undefined offset: 1 in /var/www/tobacco/data/www/tobaccocontrol.az/index.php on line 62
Tobaccocontrol

XƏBƏRLƏR

29 Fevral 2024

Siqareti tərgitməyin ən asan yolu hansıdır? - AYDINLIQ GƏTİRİLDİ

sia.az

"Unutmayaq ki, tütünçəkmənin güclü vərdiş və hətta asılılığın bir forması olduğuna baxmayaraq, milyonlarla insan bu təhlükədən qurtula bilir". Bu sözləri SİA-ya açıqlamasında Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar mərkəzinin ictimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev deyib.

Onun sözlərinə görə, siqaret çəkməkdən imtina etmək müəyyən proses olduğundan, insanın siqaret çəkməyə qarşı münasibətinin dəyişməsindən başlayır: "Əgər doğru motivasiya olarsa, siqareti tərgitmək çox sadədir. İlk növbədə, insanın hansı səbəbdən siqaret çəkdiyi barədə düşünülməlidir.

Siqaret çəkməyin üç əsas səbəbi var: o bir vərdişdir, o şüur altındadır, o bir asılılıqdır. Çəkən şəxs hər dəfə istirahət edəndə və ya yemək yedikdən sonra siqaret çəkmədikdə narahat olduğunu hiss edir. Siqaret çəkməyin bir vərdiş halına çevrilməsi müəyyən məkanlarla, fəaliyyətlərlə və hətta müəyyən insanlarla əlaqəlidir. Çəkən şəxs təəccüb edir ki, zərərli olan bir şey nədən onu bu qədər yaxşı hiss etdirir. Bu, ona görə baş verir ki, siqaretin tərkibində olan nikotin də narkotik maddə kimi asılılıq yaradır.

Siqareti tərgitməyin ən asan yolu hansıdır?

Şəxsin nədən siqaret çəkdiyi bilinsə, tərgitmə yolu bir qədər asanlaşır. Bunlar yalnız sağlamlıqla bağlı səbəblər deyil. Tərgitmə faydalarının müəyyən edilməsi də müsbət təsir edir. Maddi, emosional, sosial kimi faydalar da bu sıradadır. Məsələn, siqaretə xərclənən pula qənaət, siqareti tərgitmək mənəvi cəhətdən həqiqətən yaxşılaşdırır, qanın nikotindən təmizlənməsinə və stresin azalmasına görə psixoloji rahatlıq verir. Bu səbəbdən özünü yaxşı hiss etmək üçün siqaretə ehtiyacın yox olur. Siqareti tərgitməklə özünə olan inamı və iradəni göstərməyə imkan yaradır. Evindən, avtomobilindən və nəfəsindən xoşagəlməz qoxu aradan qaldırılır və s. Əsas odur ki, çəkən şəxs tərgitməyə hazır olsun, bunu istəsin, siqareti tərgitməyə artıq qərar versin, nə səbəbdən siqaret çəkdiyini artıq bilsin. Sadəcə bunları bilmək siqareti uğurla tərgitmək üçün şansı artırır".

 

"Bu vərdişdən birdən-birə, yoxsa yavaş-yavaş xilas olmaq lazımdı?

Çəkən şəxs siqareti tərgitmək üçün müəyyən tərgitmə metoduna və yardıma ehtiyacın olacağını bilməlidir və bunun üçün bir gün seçməyə qərar verə bilər. Lakin bunun üçün mümkün qədər stressiz bir zaman seçməlidir. Bu, nikotindən imtina simptomlarını azalda bilər. Siqareti tərgitmə üsulunu isə çəkən şəxs özü seçməlidir: birdəfəlik və ya tədricən azaltmaqla.

Birdəfəlik tərgidildikdə siqaret çəkmək tamamilə dayandırılmalı, siqaret yandırmaq ehtiyacı hiss edildikdə siqareti tərgitmə səbəbləri mütləq bir daha düşünülməli, ehtiyac olduğu hər bir halda yardım üçün dostlara və ya tütündən imtina üzrə qaynar xəttə zəng edilməlidir. Tədricən azaltmağa qərar verildikdə isə, tütündən imtina edən şəxs çəkdiyi siqaretlərin sayını azaltmağa başlamalıdır.

Tərgitdikdən sonra yaranan əsəbin səbəbi nədir?

Bunu səbəbi tütündən imtina etdikdən sonra yaranan abstinent (imtina) sindromudur. Qəribə səslənsə də, nikotin azlığını hiss etmək həqiqətən yaxşı vəziyyətdir. Ümumiyyətlə, siqareti tərgitdikdən sonra ilk bir neçə həftə ərzində nikotin çatışmazlığını hiss etmək orqanizmin bərpası ilə bağlı müsbət göstəricidir. Nəyin bahasına olursa-olsun, tərgitməyə davam etmək və bununla da nikotinin orqanizmdən təmizlənməsi üçün çalışmaq lazımdır", - deyə T.Musayev sözlərinə əlavə edib.

Müəllif: Söylü Ağazadə